
15–17 aprel tarixlərində cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.
Sport1.az xəbər verir ki, turnir Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq.
Yarışda 100 klub və idman cəmiyyətindən olan 799 idmançı (651 oğlan, 148 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.