son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

“Qalatasaray”dan Messi iddialarına cavab: "Mümkündür"

Bölmə adı Türkiyə
Yayımlandı 9-11-2025, 14:44

“Qalatasaray” prezidenti Dursun Özbek Lionel Messinin “İnter Mayami”dən qısa müddətli icarə ilə transfer olunacağı barədə yayılan iddialara münasibət bildirib.

Sport1.az xəbər verir ki, təcrübəli funksioner “The Touchline” nəşrinə açıqlamasında bu cür danışıqların artıq reallığa çevrilə biləcəyini deyib:

“Qalatasaray” elə bir səviyyəyə çatıb ki, artıq bu tip danışıqlar belə mümkündür. Biz planı çox yüksəyə qaldırmışıq. Üç mövsümdür ardıcıl çempion olan komandanın əsas heyətini qorumağı bacardıq. Bütün addımlarımız maliyyə imkanlarımız çərçivəsindədir. Elə buna görədir ki, indi bizdən Messi haqqında soruşurlar”.

Bildirilir ki, İstanbul təmsilçisi ulduz futbolçu ilə MLS-də mövsümlərarası fasilə dövrü üçün dörd aylıq icarə müqaviləsi bağlamaq istəyir. ABŞ çempionatında əsas mərhələ oktyabrda başa çatır, pley-off isə dekabrın əvvəlinə qədər davam edir.

Qeyd edilir ki, məhz bu fasilə Messinin “Qalatasaray”a keçməyə razı olmasına səbəb ola bilər. Argentinalı hücumçu 2026-cı il Dünya Çempionatı öncəsi oyun praktikasını qorumağı planlaşdırır.

Xatırladaq ki, MLS-in növbəti mövsümü 2026-cı ilin martında start götürəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR