
"Fənərbağça"nın yarımmüdafiəçisi Sebastiyan Şimanski qışda klubu tərk edə bilər.
Sport1.az xəbər verir ki, polşalı futbolçu ilə PSV və "Lion" yaxından maraqlanır.
Daha öncə İstanbul təmsilçisinin 26 yaşlı oyunçu üçün ən aşağısı 15 milyon avro tələb etdiyini bildirilirdi.
Qeyd edək ki, Şimanskinin "sarı-lacivərtlilər"lə 2027-ci ilə qədər müqaviləsi var.