son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

ÇL oyunu zamanı futbolçunun evi qarət olundu

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 7-11-2025, 22:23

“İnter”in müdafiəçisi Alessandro Bastoninin evi komandasının “Kayrat”la keçirdiyi Çempionlar Liqası oyunu (2:1) zamanı qarət edilib.

Sport1.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, 26 yaşlı futbolçu “San Siro” stadionunda olarkən onun Kastelli-Kalepyo şəhərindəki evinə azı dörd nəfərdən ibarət dəstə daxil olub. Qarətçilər brend çantalar və “Rolex” markalı saatlar da daxil olmaqla bir neçə qiymətli əşyanı oğurlayıblar.

Hadisə zamanı evdəki siqnalizasiya işə düşüb və bu, oğruların tələsik evi tərk etməsinə səbəb olub. Onlar mühafizə xidməti və polis gəlməmiş hadisə yerindən uzaqlaşıblar. Hazırda istintaqçılar evin və ətraf ərazinin müşahidə kameralarındakı görüntüləri araşdırırlar.

Qeyd edək ki, Alessandro Bastoni həmin qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR