son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Argentina vərdişi, Portuqaliyanın "aclığı" - Ronaldodan incə mesaj

Bölmə adı Futbol
Yayımlandı 7-11-2025, 21:19

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu bildirib ki, Argentina yığması böyük turnirlərdə qələbəyə öyrəşmiş komandalardandır, halbuki Portuqaliya onun dövrünədək ciddi uğur qazana bilməmişdi.

Sport1.az xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə jurnalist Pirs Morqana “YouTube” kanalında verdiyi müsahibədə danışıb:

“Messidən əvvəl Argentina neçə dəfə dünya çempionu olub? Onlar üçün bu, adi haldır. Argentina və Braziliya böyük turnirlərdə qalib gəlməyə vərdiş edib. Əgər Portuqaliya dünya çempionu olsaydı, hamı üçün böyük sürpriz olardı. Mən Portuqaliya ilə üç titul qazandım. Ondan əvvəl ölkəmizin heç bir uğuru yox idi. Bu, mənim üçün böyük xoşbəxtlikdir”.

Qeyd edək ki, Ronaldu Portuqaliya millisinin heyətində Avro-2016-nın qalibi olub, həmçinin Millətlər Liqasını iki dəfə (2019 və 2025) qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR