UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Ayaks” baş məşqçisi Con Heytinqa ilə əməkdaşlığa son qoyub.Sport1.az xəbər verir ki, Amsterdam klubu bu barədə rəsmi açıqlama yayıb. Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə vaxtından əvvəl xitam veriblər.
Bu qərar komandanın ötən gün “Qalatasaray”a 0:3 hesabı ilə məğlubiyyətindən sonra elan edilib.
41 yaşlı niderlandlı mütəxəssis mövsümün əvvəlində “Ayaks”ın baş məşqçisi postuna təyin olunmuşdu.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.