son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Messi gələcəyi barədə: “Biznes əlaqələrimi inkişaf etdirəcəyəm”

Bölmə adı Futbol
Yayımlandı 6-11-2025, 18:51

“İnter Mayami” klubunun hücumçusu Lionel Messi peşəkar karyerası və gələcək planları barədə danışıb.

Sport1.az xəbər verir ki, 38 yaşlı argentinalı ulduz Mayamidə keçirilən biznes-konfransında çıxışı zamanı hələ futbolu buraxmaq barədə düşünmədiyini bildirib:

“Bu, indiyə qədər çox düşündüyüm və ya narahat olduğum bir məsələ olmayıb. Karyeramı başa vurduqdan sonra illər keçdikcə etdiklərimin və qazandıqlarımın dəyərini daha çox anlayacağam. Amma indi sadəcə oynamaqdan və bu oyundan zövq almaqdan həzz alıram”.

Messi əlavə edib ki, futbol karyerası bitdikdən sonra yeni sahələrdə öyrənmək və biznes əlaqələrini inkişaf etdirmək niyyətindədir:

“Təəssüf ki, bir gün futbol həyatı sona çatır. Mən isə öyrənməyə davam etmək istəyirəm. Qarşıda məni fərqli bir mərhələ, fərqli bir dünya gözləyir və mən tədricən ora daxil oluram”.

Qeyd edək ki, bu mövsümdə Messi bütün turnirlərdə 38 oyuna çıxaraq 35 qol vurub və 18 assist edib. Ulduz futbolçu yeni müqaviləyə əsasən 2028-ci ilin sonunadək MLS təmsilçisində çıxış edəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR