son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Elvin Cəfərquliyev: "O səviyəyə çatmışıq ki..." - AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 6-11-2025, 13:23

UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Qarabağ" doğma meydanda "Çelsi" ilə heç-heçəyə razılaşdı - 2:2.

Sport1.az xəbər verir ki, görüşdən sonra Azərbaycan çempionunun müdafiəçisi Elvin Cəfərquliyev oyun haqda fikirlərini jurnalistlərlə bölüşüb:

"Bu, qələbəyə bərabər olan nəticədir. Komandamız çox inkişaf edib, çox böyüyüb. Klubumuz artıq elə bir səviyyədədir ki, "Çelsi" ilə qarşılaşmada qələbədən danışırıq. Məncə, komanda olaraq çox yaxşı oynadıq. Rəqibin yüksək pressinqdə oynadığını bilirdik. Onlar bizə çətinliklər yaradırdı. Lakin hər şeyin öhdəsindən gəldik. Şükürlər olsun ki, bu gün başımızı aşağı yox, yuxarı tutduq. Döyüşdük, vuruşduq. Azarkeşlərimizə də təşəkkür edirik ki, bu gün bizi burada tək qoymadılar".

25 yaşlı oyunçu öz çıxışı və gələcək karyerası barədə bunları söylədi:

"Mən özümə inanıram. Bu gün də elə idim. Rəqibin kim olması fərq etmir. Əsas odur ki, çıxıb öz oyunumu göstərim. Düşünürəm, bu gün də bunu bacardım. Bu səviyyədə futbolçulara qarşı artıq bir neçə dəfə oynamışam. Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər, amma maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR