son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Tahir Gözəl komandasının pley-offa çıxacağına inanır - AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 6-11-2025, 00:55

Çempionlar Liqasının əsas mərhələsin IV turunda "Qarabağ" "Çelsi" ilə heç-heçə etdi - 2:2.

Sport1.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verdi:

“Biz 2 gün sonra Zəfər bayramını qeyd edəcəyik və dünya liderləri Azərbaycana gələcək. Bu gün “Qarabağ” sübut etdi ki, Azərbaycan xalqı cəsarətlidir. Gördünüz nə qədər rahat oynadıq? İkinci qolu bizə hücumda vurdular. Məndə çox böyük fəxr hissi var. Çox sürətli oyun idi. Zənnimcə, Azərbaycan futbol tarixində ən gözəl, ən ləzzətli oyunlardan biri idi. “Qarabağ” sübut etdi ki, “Çelsi” kimi dünya çempionu bir klubla çox rahat bacarır. Bizim bu gün udmaq şansımız var idi. Təsadüfi deyil qazanclarımız.

Bu gün biz artıq daha da ümidlənirik ki, bir zəfər daha olsa, ilk 24-ə düşmək şansımız olacaq. Lap 1 qalibiyyət, yaxud bərabərliyimiz olsa da, keçə biləcəyik. Mən bu qalibiyyətə görə xalqımızı, azarkeşlərimizi və ölkə Prezidentini ürəkdən təbrik edirəm”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR