son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Enso Mareska: “Qarabağ”a qarşı oynamaq çətin idi”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 6-11-2025, 00:39

“Çelsi”nin baş məşqçisi Enso Mareska UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Qarabağ”la 2:2 hesablı heç-heçədən sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının buraxdığı qollardan narazı qaldığını bildirib:

“Heyətimizdə zədəli oyunçular var idi. Meydandakı düzülüşü düzgün etməyə çalışdıq. Qarşılaşmaya yaxşı başladıq, hətta qol da vurduq. Təəssüf ki, daha sonra qapımızda iki qol gördük. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komandamız 3 gündən bir oyun keçirir. Bizim üçün ağır gecə idi. Doğrusunu söyləmək lazımdırsa, pis qollar buraxdıq”.

Mareska, həmçinin “Qarabağ”ın oyununu yüksək qiymətləndirib:

“Qarabağ”ın yaxşı komanda olduğunu daha əvvəldən demişdim. Onlara qarşı çıxış etmək bizim üçün çətin idi. Çempionlar Liqasında hər cür nəticəyə hazır olmaq lazımdır”.

Sonda “Çelsi”nin çalışdırıcısı Bakıdakı atmosferdən danışıb:

“Stadionda çox yaxşı ab-hava var idi. Qələbə qazanmaq istəyirdik, lakin alınmadı. Gücümüzü toplayıb növbəti matçlarda qalib gəlməyi düşünürük”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR