UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Brügge” – “Barselona” oyunu öncəsi xoşagəlməz hadisə baş verib.Sport1.az xəbər verir ki, Kataloniya klubunun azarkeşlərini Belçikadakı qarşılaşmaya aparan avtobus yolda alışıb. Hadisə matçın keçiriləcəyi “Yan Breydel” stadionuna gedən yolda baş verib.
Hazırda yanğının səbəbi araşdırılır. Xoşbəxtlikdən heç bir azarkeş xəsarət almayıb, bütün sərnişinlər vaxtında təxliyə olunub.
Qeyd edək ki, “Brügge” – “Barselona” oyunu bu gün, Bakı vaxtı ilə 00:00-da start götürəcək.