son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Azərbaycan Federasiyasından Avropaya etiraz – erməni idmançının təxribatı gündəmdə

Bölmə adı Digər
Yayımlandı 5-11-2025, 20:16

Azərbaycan Ağırlıqqaldırma Federasiyası Ermənistan təmsilçisi Narek Mkrtçyanın Albaniyanın Dürres şəhərində keçirilmiş Avropa birinciliyindəki təxribatı ilə bağlı Avropa Ağırlıqqaldırma Federasiyasına rəsmi müraciət edib.

Sport1.az xəbər verir ki, bu barədə qurumun vitse-prezidenti Firdovsi Umudov deyib.

O, idmançının qeyri-etik davranışı ilə bağlı danışıb:

“Biz idmançılara elə təxribatlara uymamağı tapşırmışıq. Ermənistan təmsilçisinin hərəkətlərinə daha soyuqqanlı reaksiya verdik. Ermənistan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi bizdən üzr istəyib. Amma yarışın Təşkilat Komitəsinə və Avropa Ağırlıqqaldırma Federasiyasına öz iradlarımızı bildirmişik. Söhbət dövlətin rəmzindən gedirsə, güzəştə gedə bilmərik.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Rəsmi şəkildə federasiyanın adından beynəlxalq quruma müraciət olunub. Bu məsələyə ədalətli şəkildə baxılacağına ümid edirik. Bizim mövqeyimiz birdir”.


F.Umudov ağırlıqqaldıranların yarışdakı çıxışına da toxunub: “Çox möhtəşəm uğur qazandıq. Səhvlərimiz də olub. Məşqçilər korpusu çatışmayan cəhətləri aradan qaldıracaqlar”.

Qeyd edək ki, Ermənistan təmsilçisi Azərbaycan idmançısı Ravin Alməmmədovun şərəfinə Dövlət Himni səslənən zaman fəxri kürsüdə qeyri-etik hərəkətlər edib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR