son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

“Topçular”ın tarixə düşən addımı

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 5-11-2025, 18:36

“Arsenal”ın gənc istedadı Maks Dauman cəmi 15 yaş 308 günlüyündə meydana çıxaraq UEFA Çempionlar Liqası tarixinin ən gənc futbolçusu adını qazanıb.

Sport1.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Slaviya” ilə səfər oyununda (3:0) 72-ci dəqiqədə Yurien Timberi əvəzləyib. Bununla da o, 2020-ci ildə “Borussiya Dortmund”un oyunçusu Yussufa Mukokoya (16 yaş 18 gün) məxsus olan rekordu yeniləyib.

Dauman həmçinin “Barselona”nın gənc ulduzu Lamin Yamaldan (16 yaş 68 gün) da daha gənc yaşda Çempionlar Liqasında debüt edib.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta bu istedadlı futbolçunun yetkin oyun tərzini və soyuqqanlı davranışını xüsusi qiymətləndirib. Dauman avqust ayında Premyer Liqada “Lids”ə qarşı keçirilən (5:0) görüşdə də debüt edərək turnirin ikinci ən gənc futbolçusu olmuşdu.

Hazırda 11-ci sinifdə təhsil alan Maks Dauman dərslərini klubun təlim-məşq bazasında davam etdirir və səfərlərdə təhlükəsizlik əməkdaşı tərəfindən müşayiət olunur.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR