son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

"Bütün rəqiblər "Qarabağ"ı ciddi rəqib kimi qiymətləndirməyə başlayıb" - MÜTƏXƏSSİS RƏYİ

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 5-11-2025, 17:24

Bu gün Çempionlar Liqasının əsas mərhələsinin növbəti oyunları baş tutacaq.

Sport1.az xəbər verir ki, “Qarabağ” Bakıda "Çelsi"ni qəbul edəcək.

Qarşılaşma ilə bağlı fikirlərini öyrənmək üçün Cavid Hüseynova müraciət etdik. Mütəxəssis saytımıza açıqlamasında bunları söylədi:

“Qarabağ” ÇL-da sərgilədiyi oyunlara baxsaq, əla performans nümayiş etdirdiyini görürük. Ağdamlılar göstərdilər ki, bütün rəqiblərə qarşı mübarizə aparmaq və qələbə qazanmaq olar. Komandamız ardıcıl iki zəfər qazanmaqla futbol dünyasına səs saldı. Artıq bütün rəqiblər "Qarabağ"ı ciddi komanda kimi qiymətləndirməyə başlayıb. Son oyunda “Atletik”ə məğlub olsaq da, İspaniya təmsilçisinə qarşı da açıq futbol sərgilədik. Meydan sahibləri çətinliklə qələbə qazandılar. Təbii ki, “Çelsi” əsas mərhələdə ən güclü rəqiblərimizdəndir. Onlar həm İngiltərə Premyer Liqasında, həm də ÇL-da dominant futbol sərgiləyir və yaxşı nəticələr əldə etməkdədirlər. Kağız üzərində ingilislər favoritdir. Unutmayaq ki, futbol yaşıl meydanda oynanılır. Kağız üzərində favoritlər də məğlub olurlar. “Qarabağ”ın İngiltərə təmsilçisinə qarşı son saniyəyə kimi döyüşəcəyinə əminəm".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR