son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

"Qarabağ" "Çelsi"yə müqavimət göstərə bilər? - MÜTƏXƏSSİS RƏYİ

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 5-11-2025, 14:41

Bu gün “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində “Çelsi” ilə qarşılaşacaq.

Görüş komandamız üçün olduqca vacibdir. Görəsən, Azərbaycan təmsilçisi bu matçda qalib gələ biləcək?

Rəqibin Avropanın ən güclü komandalarından biri olması oyunumuza necə təsir edəcək?

Görüşlə bağlı suallarımızı Fərid Namazova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Açığı, maraqlı oyun olacağını gözləyirəm. Əlbəttə ki, rəqib “Çelsi”dir. Amma nəzərə alsaq ki qarşılaşma Bakıda keçiriləcək. Bu səbəbdən də olduqca maraqlı oyun başqa tutacaq. “Qarabağ” “Çelsi”yə lazımi müqaviməti göstərəcək gücdədir. Lakin, təbii ki, oyun keyfiyyəti və komandanın ümumi dəyərinə görə London təmsilçisi qarşılaşmadan öncə daha üstün görünür. “Çelsi” öz dəsti-xətti olan komandadır. Beşli müdafiə sistemi ilə oynayır, amma buna baxmayaraq, dominant futbol sərgiləməyə çalışır. “Qarabağ”ın da öz oyun üslubu var. Rəqibin kimliyindən asılı olmayaraq, dominant oynamağa çalışır. Maraqlıdır, bu gün “Çelsi”yə qarşı bu tərzdə oynaya biləcəklərmi? Dediyim kimi, “Çelsi” də top komandadır və ilk dəqiqələrdən “Qarabağ” üzərində təzyiq hiss etdirməyə çalışacaq. Əsasən Britaniya futboluna xas olan standartların komandamızın qapısı qarşısında təhlükəli olacağını fikirləşirəm”.

LALƏ QURBANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR