son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

"Bu kubok kolleksiyamızda ən vacib yeri tutacaq"

Bölmə adı Basketbol
Yayımlandı 31-03-2025, 13:13

“NTD-nin çoxlu çempionluqları olub, amma bu kubok kolleksiyamızda ən vacib yeri tutacaq”.

Sport1.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun finalında “Gəncə”yə qalib gələn NTD komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qələbəni şərh edib:

“Mövsüm çətin keçir. Murad Babayevin kubokda olmaması təsirini göstərdi. Rotasiya etmək məcburiyyətində qaldıq. Gənc oyunçular yaxşı oynadılar, xüsusilə Oğuzxan Quliyev. O, etimadı doğrultdu. Hüseyn Məmmədov da “Neftçi”yə qarşı yarımfinalda pis oynamadı. Bütün komandanı təbrik edirəm. Biz bu qələbəyə doğru gedirdik. Bütün komanda bir məqsəd üçün çalışanda heç bir maneə olmur. İndi bunu qəbul edib hiss etməli və sonra çempionata hazırlaşmalıyıq”.

Baxşıyev daha əvvəl də Azərbaycan Kubokunda qələbəyə yaxın olduqlarını vurğulayıb:

“Federasiyaya lazımi şəraiti yaratdığı üçün təşəkkür edirəm. 2 il əvvəl finalda uduzduq. Keçən il yarımfinalda məğlub olduq. İndi isə qalib gəldik. Bütün komandanı təbrik edirəm”.

Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında keçirilən final görüşündə NTD "Gəncə"ni 81:72 hesabı ilə məğlub edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR