son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

"Dəqiq penalti deyildi" - "Şəfa"nın futbolçusundan AÇIQLAMA

Bölmə adı Şəfa / Manşet
Yayımlandı Dünən, 11:24

Debütant "Şəfa" Misli Premyer Liqasının 6-cı turunda "Qarabağ"a uduzub - 0:1.

Həmin məğlubiyyətdən sonra Bakı təmsilçisinin yarımmüdafiəçisi Vlad Marian Popun Sport1.az-a müsahibəsini təqdim edirik:

- İlk növbədə oyunla, xüsusilə penalti epizodu ilə bağlı fikirləriniz maraqlıdır...

- Açığı, həmin epizodu diqqətlə izləmədim. Həmin an isinmə hərəkətləri edirdim, ona görə də çox şərh verə bilmərəm. Lakin bəli, paltardəyişmə otağında eşitdiyimə görə, bu, dəqiq penalti deyildi. Eşitdim ki, əllə təmasdan əvvəl top Andrey Draqunun ayağına dəyib. Nəticədə, son qərarı hakim verir. Gözlənildiyi kimi, çətin oyun oldu. Matçın ağır keçəcəyini bilirdik. Hamımıza məlumdur ki, "Qarabağ" təkcə ötən mövsüm deyil, son bir neçə ildə avrokuboklarda uğurla çıxış edən komandadır. Təbii ki, bu səbəbdən çətin idi.

- Komandanız bu oyundan 1 xalla ayrıla bilərdi. Bunun üçün nə çatmadı?

- Düzdür, təxminən 60-cı dəqiqəyə qədər yaxşı mübarizə apardıq. Müasir futbolda kiçik bir məqam böyük dəyişikliklərə səbəb olur.

- Komandanız 6 oyuna cəmi 1 qələbə qazanıb. Milli komandaların oyunları üçün nəzərdə tutulan fasilədən sonra xal və ya xallar qazanmaq mümkün olacaq?

- Bəli, 6 oyuna cəmi 3 xal qazanmışıq. Bu, əlbəttə, çox azdır. Lakin indiyə qədər çempionatın ən güclü komandalarına qarşı oynadığımızı nəzərə almalıyıq. Məncə, fasilədən sonra daha çox xal toplaya biləcəyik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR