"Qarabağ" Misli Premyer Liqasının 6-cı turunda "Şəfa"nı məğlub edib - 1:0.
Həmin qarşılaşmadan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Jali Muaddibin
Sport1.az-a müsahibəsini təqdim edirik:
- Debütant komanda ilə matç barədə fikirlərin necədir?
- Şükürlər olsun ki, qalib gəldik. Qələbə qazanmaq çox vacibdir. Bilirdik ki, çətin olacaq. Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi. Elə bu səbəbdən çox yaxşı oynamadığımız anlarda da qalib gəlmək önəmlidir.
- "Qarabağ" debütant komandaya qarşı çətinliklə qalib gəldi. Komandanın oyununda əsas problem nə idi?
- Bilmirəm. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bəzən çətin olur, bəzən isə çox yaxşı oynayırıq. Futbol belədir. Amma əsas olan bu cür çətin oyunlarda qalib gəlməyi bacarmaqdır. Əlbəttə ki, daha yaxşı çıxış etmək, asanlıqla qalib gəlmək və hər komandaya 5-6 qol vurmaq istərdik. Lakin bəzən bu, mümkün olmur və oyunları qazanmaq üçün belə anlarda güclü qalmalıyıq.