"Fənərbağça"nın zədəsini yenicə sağaldaraq "Beşiktaş"la görüşdə fərqlənən Con Duranla planı bəlli olub. Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı futbolçunu "Viktoriya" ilə görüşdə 30 dəqiqə şans verməyi planlaşdırır.
Buna səbəb, 24 yaşlı oyunçunun zədəsini yenicə sağaltmasıdır.
Əvəzində Tedesko Duranı "Kayserispor"la görüşdə start 11-likdə başlatmağı düşünür.