son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Gözümüzə fərqli görünən "Qarabağ" - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 4-11-2025, 23:43

“Qarabağ” sabah Bakıda “Çelsi” ilə qarşılaşacaq. Böyük matç ərəfəsində komanda daxilindəki atmosfer az da olsa fərqli görünür. Son oyunlarda baş məşqçi Qurban Qurbanovun əvvəlki sakit və təmkinli davranışlarından uzaqlaşaraq daha aqressiv və əsəbi göründüyü müşahidə edirik.

"İmişli" ilə görüşdən sonra "Qarabağ"ın oyunçuları ortalıqda yox idilər. Futbolçulardan yalnız Kadi Borges jurnalistlərin qarşısına çıxdı, qalanları isə müsahibə verməkdən imtina etdilər. Elə bil Kadi braziliyalı gözdən pərdə asmaq üçün media nümayəndələrinin önünə atılmışdı. Hətta “Çelsi” ilə bağlı verilən bir-iki sualdan sonra onun gərginləşdiyini gördük. "Bu günkü oyunla bağlı sual verin” deyərək həyacanını ört-basdır etdi.

Meydanda da bu hal diqqətdən qaçmır. Qurbanov son qarşılaşmalarda futbolçulara tez-tez qışqırır, bəzən emosiyalarını saxlaya bilmir. Onun bu halı azarkeşlər arasında da müzakirə olunur. “Qarabağ”da sakitliyi və soyuqqanlığı ilə seçilən məşqçini belə görmək bir az təəccüblüdür.

Bəlkə də bu aqressiya gərginliyin deyil, məsuliyyətin göstəricisidir. Amma istənilən halda, “Qarabağ”ın bütün uğurlarında uğurunda Qurban Qurbanovun sakitliyi və soyuqqanlılığı gözə çarpan məqam olub.

MİKAYIL HACIYEV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR