son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Saka tarix yazdı - “Arsenal”ın ÇL-də bunu bacaran ilk futbolçusu oldu

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 4-11-2025, 23:33

“Arsenal”ın ingiltərəli futbolçusu Bukayo Saka UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda Praqada “Slaviya”ya qarşı keçirilən oyunda fərqlənib.

Sport1.az xəbər verir ki, 24 yaşlı hücumçu qarşılaşmanın 32-ci dəqiqəsində penaltidən hesabı açaraq London təmsilçisinin tarixinə düşüb. O, ardıcıl dörd səfər matçında qol vuran ilk “Arsenal” futbolçusu olub.

Saka daha əvvəl ötən mövsüm Çempionlar Liqasının liqa mərhələsində “Sportinq”ə, 1/4 finalda “Real Madrid”ə və yarımfinalda PSJ-yə qarşı səfər oyunlarında da fərqlənmişdi.

Qeyd edək ki, 2018-ci ildən “Arsenal”ın əsas komandasında çıxış edən Saka bu mövsüm bütün turnirlərdə 12 matçda 5 qol vurub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR