son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Seçimlərin kölgəsində Neymar : Ançelottinin planında nə var?

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 4-11-2025, 18:51

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 33 yaşlı hücumçu Neymarı 2026-cı il Dünya Çempionatının yekun heyətinə daxil etməyə bilər.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, hazırda “Santos”un futbolçusu ilə əlaqə saxlamayıb və onun fiziki durumu barədə tam məlumatı yoxdur:

“Son vaxtlar Neymarla danışmamışam. Görək, nə vaxt tam bərpa olub yenidən oynamaya başlayacaq. Dünya çempionatı üçün çox yüksək fiziki hazırlığı olan oyunçulara ehtiyacımız var. Turnir zamanı intensivliyi çatmayan futbolçunu heyətə çağırmağı düşünmürəm. Birinci və ya ikinci oyunda meydana buraxa bilərəm, amma bütün turnir boyu bu riski götürmək olmaz. Komandada hər kəs ən yaxşı vəziyyətində olmalıdır”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR