son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Elvin Cəfərquliyev: “Bütün Azərbaycanın gözü bizdə olacaq”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 4-11-2025, 17:57

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Qarabağ” “Çelsi”ni qəbul edəcək.

Sport1.az xəbər verir ki, görüş öncəsi “köhlən atlar”ın müdafiəçisi Elvin Cəfərquliyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

25 yaşlı futbolçunun fikirləri belədir:

"Sabah çox böyük komandaya qarşı oynayacağıq. Bunun fərqindəyik. Çox inamlı, mübariz və səbirli olmalıyıq. Bilirik ki, bu oyunun mahiyyəti böyükdür. Bütün Azərbaycanın gözü bizdə olacaq. Komanda olaraq çox rahat oynamalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Fərqli sistemdə oynayırlar. Ani səhv hər şeyi həll edə bilər. Rəqibin güclü futbolçuları var. Komanda olaraq oyuna hazırıq.

- "Çelsi"nin sağ cinahında Estevao oynayacaq. Onun texnikalı və simulyasiyaya meyilli olmasını nəzərə almısan? Yəqin ki, sənə vərəqə aldırmağa çalışacaq.

- Bu cür böyük oyunlarda temp yüksək olur. Birəbir mübarizələrdə çox yaxşı oynamağı bacarmalısan. Belə futbolçulara qarşı çox oynamışıq. Bilirik, harada nə etməliyik. Mübarizələrə girəndə vərəqə yox, top almağı fikirləşirəm.

- "Çelsi"nin hansı axsayan məqamları ola bilər ki, onları üstələyəsiz?

- Bu gün onların mənfi tərəflərindən danışmasam, yaxşıdır. Sabah oyunda göstərsək, yaxşı olar. "Çelsi"ni təhlil etmişik, fərqli sxemdə oynayırlar. Çox yüksək pressinq edirlər, amma boşluqları da olur. Sabah Allah qoysa, bundan istifadə edə bilərik.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR