Serbiya Superliqasında çıxış edən “Radniçki” futbol klubunun baş məşqçisi Mladen Jijoviç oyun zamanı dünyasını dəyişib. Sport1.az xəbər verir ki, qarşılaşmanın 22-ci dəqiqəsində baş məşqçi qəfildən huşunu itirib.
O, dərhal xəstəxanaya aparılsa da, həkim səyləri onun həyatını xilas etmək üçün yetərli olmayıb.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis “Radniçki”nin baş məşqçisi kimi cəmi üçüncü oyununa çıxmışdı.