“Real”ın futbolçusu Franku Mastantuno La Liqada “Levante”yə qalib gəldikləri oyunu (4:1) şərh edib.
Sport1.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilk qolunu vurduğu matçla bağlı bunları deyib:
“İnanılmaz duyğular yaşayıram. Üstəlik, komanda böyük hesablı qələbə qazandı və bunda payım var. Daha sadə vəziyyətlərdə qol vura bilmədiklərim olmuşdu. Bu dəfə isə istədiyimə nail oldum.
Özümü sakit hiss edirəm və andan zövq almağa çalışıram. “Real”da olmaq arzum idi. İndi arzumu reallaşdırıb, bu forma ilə qol vururam”.