İngiltərə Premyer Liqasının 4-cü turunda “Mançester Siti” “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib.
Sport1.az xəbər verir ki, bu qarşılaşmadan sonra “qırmızı şeytanlar”ın əfsanəvi futbolçularından olan Roy Kin baş məşqçi Ruben Amorimə sərt tənqid səsləndirib:
“Onun mövsüm öncəsində zamana və yeni oyunçulara ehtiyacı olduğu deyilmişdi. Əlbəttə yeni baş məşqçilərə zaman tanınmalı olduğunu bilirik. Amma keçən il Arne Slotun “Liverpul”a nələr qatdığını gördük. “Tottenhem”in yeni baş məşqçisi Tomas Frank ilə irəliləyiş əldə etməyə başladığını, uğurlar qazandığını görməyə başlayırıq. Biz daha nə qədər gözləyəcəyik?!”.Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 4 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 14-cü sırasında yer alır.