son dəqiqə SON DƏQİQƏ
MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə

"Mən məğlub olmağı sevmirəm" - Robbi Kin

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 26-08-2025, 21:16

"Ferensvaroş"un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab matçlarında keçiriləcək "Qarabağ"la oyun haqda danışıb.

Sport1.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:

- Növbəti mərhələyə yüksəlmək üçün komanda olaraq səhvlərə yol verməməliyik. Hər bir oyunçu fərdi səhvlərə diqqət etməli və komandamıza kömək etməlidir. İlk matçda adi vəziyyətlərdən qollar buraxdıq. Rəqib bu imkanlardan yaxşı istifadə etdi və qalib gəldi. İndi isə fiziki hazırlığımız yerindədir və oyuna tam motivasiya ilə çıxacağıq.

- Futbolçu karyeranızda böyük klublara qarşı oynamısınız. Həmin vaxt daha həyəcanlı idiniz, yoxsa indi?

- Təbii ki, bu səviyyəyə çatmaq çox sevindiricidir. Bu komandalar çox güclüdür. Sabahkı oyunda həmin klublara qarşı oynadığım zaman olduğu kimi həyəcanlıyam. Baş məşqçi və sabiq oyunçu olaraq məqsədim hər zaman ən yüksək yerləri tutmaqdır.

- 6 futbolçunuz Macarıstan millisinə dəvət alıb. Bu haqda nə deyə bilərsiniz?

- Buna sevinirəm. Mən gənc oyunçulara həmişə şans verirəm. İş prinsipim futbolçuların daha da güclənməsinə və inkişafına töhfə verməkdir.

- Bakıda məşqə çıxmamağınızın səbəbi nədir?

- Biz həmişə öz stadionumuzda məşq edirik. Bəlkə, bəziləri düşünür ki, bütün stadionlar eynidir, amma biz həmişə öz meydanımızda çalışaraq səfərə gedirik və bu, oyunumuza müsbət təsir edir.

- Sizcə, 1:3 hesabından sonra geridönüş etmək mümkündür?

- Uzun müddətdir futbol sahəsindəyəm və bilirəm ki, futbolda hər şey mümkündür. "Liverpul"da olarkən 0:3 hesabı ilə geridə olduğumuz halda hesabı bərabərləşdirə bilmişdik. Geridönüş edərək, 3:2, 4:2 hesabı ilə qalib gəldiyimiz hallar da olub. Sabah da hər şey ola bilər. Mən məğlub olmağı sevmirəm. Baş məşqçi olaraq işimiz komandamızı oyuna maksimum hazır vəziyyətə gətirmək və ən yüksək nəticəni əldə etməkdir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR