son dəqiqə SON DƏQİQƏ
İtaliya Türkiyə səfərindən 3 xalla qayıdır ● “Qarabağ”ın futbolçusu oynadı, komandası Ermənistanı məğlub etdi ● Ağırlıqqaldıranlarımızdan Afinada 3 medal ● Elizaveta Linnikova MAA-da ● “Şəmkir” - “Şirvan” matçında 5 qol ● “Zəngəzur”dan darmadağın ● “Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib ● “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib ● Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüşüb ● Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ●

FJ əməliyyatı - KÖŞƏ

Bölmə adı Yazı
Yayımlandı 21-08-2025, 14:11

Avqust başlayandan AFFA-da xüsusi canlanma baş verir.

Bunu oxucular, ictimaiyyət görmür. Amma daxildə səssiz iş gedir.

Baş verənlərdən birini diqqətinizə çatdırmışdıq. Klubların Lisenziyalaşdırılması və Qeydiyyat-Statistika Departamentləri ləğv olunub. Onların əvəzinə yeni qurum təsis olunub. Yeni şöbə Klubların Lisenziyalaşdırılması və Qeydiyyat Departamenti adlanır.

Bundan əlavə, Bəhruz Teymurov AFFA Hakimlər Departamentində Ömər Paşayevin köməkçisi təyin olunub. Adı çəkilən şəxs işə də başlayıb.

Mətbuat katibi Elnur Məmmədli ilə başa çatan müqavilə yenilənmədi. Onu Murad Axundov əvəzlədi. Amma həmkarımız bu postda müvəqqətidir. Niyə belə? Maraqlı sualdır.

Bunlardan yalnız mətbuat katibi məsələsi ictimaiyyətə açıqlanıb. Bunun da səbəbi bəllidir. Sorğu-sual edənlərə cavab verən lazımdır...

AFFA-dakı dəyişiklərin gizli şəkildə getməsinin, ictimaiyyətə açıqlanmamasının tək səbəbi var: FJ əməliyyatı.

Baş katib Cahangir Fərəcullayev artıq idarəetməni tam şəkildə ələ almaq istəyir. Buna görə də fərqli departamentləri birləşdirir. Özünə yaxın bildiyi adamları qeyd olunan şöbələrə təyin edir. Onlara vaxt verir ki, işinizlə özünüzü isbat edin.

FJ Əməliyyatı səssiz və qısa müddətə həll olunmalı prosesdir. Növbəti hədəf Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti ilə Marketinq və Sponsorluq Departamentinin birləşdirilməsidir. Yeni yaranan şöbənin adı Kommunikasiya Departamenti adlanacaq. Burada kimin rəhbər olacağı hələ bəlli deyil. Bu departamenti idarə etməyə 2 şəxs var. Hazırda Marketinq və Sponsorluq Departamentinin rəhbəri olan Aysu İbrahimli və yeni mətbuat katibi Murad Axundov. Məhz bu səbəbdən də ikinci hazırkı vəzifəsində müvəqqətidir. Adları çəkilən şəxslərdən hansı özünü isbat etsə, o da əsas vəzifənin sahibi olacaq.

Cahangir Fərəcullayev təyin olunan zamanda AFFA-nın İnkişaf Strategiyasının icrası üçün çalışacağı bildirilmişdi. FJ əməliyyatı göstərir ki, baş katib "birləşdir və rahat idarə et" prinsipindən istifadə edərək qurumda öz mövqeyini gücləndirir.

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR