son dəqiqə SON DƏQİQƏ
İtaliya Türkiyə səfərindən 3 xalla qayıdır ● “Qarabağ”ın futbolçusu oynadı, komandası Ermənistanı məğlub etdi ● Ağırlıqqaldıranlarımızdan Afinada 3 medal ● Elizaveta Linnikova MAA-da ● “Şəmkir” - “Şirvan” matçında 5 qol ● “Zəngəzur”dan darmadağın ● “Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib ● “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib ● Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüşüb ● Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ●

Ağırlıqqaldıranlarımızdan Afinada 3 medal

Bölmə adı Digər
Yayımlandı Dünən, 22:35

Afinada (Yunanıstan) ustalar arasında keçirilən dünya çempionatında Azərbaycan ağırlıqqaldıranları üç medal qazanıblar.

Sport1.az xəbər verir ki, M70 yaş qrupunda 85 kq-dək çəki dərəcəsində mübarizə aparan Vaqif Müsəddiq dünya çempionu olub. O, iki hərəkətin cəmində 147 kq nəticə göstərərək qızıl medal qazanıb.

Azərbaycana daha bir “qızıl”ı Zülfüqar Süleymanov qazandırıb. M40 qrupunda 75 kq-dək çəki dərəcəsində çıxış edən idmançı iki hərəkətin cəmində 249 kq nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

M75 kateqoriyasında 85 kq-dək çəki dərəcəsində yarışan Səddar Quliyev isə iki hərəkətin cəmində 126 kq nəticə göstərərək gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan ağırlıqqaldıranları dünya çempionatını iki qızıl və bir gümüş medalla başa vurublar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR