Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri keçirilib.
Sport1.az xəbər verir ki, Azərbaycan komandası yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Kamran Quliyev G-10 divizionunda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.
Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü olub.
Adilə Niftəliyeva da iki medal qazanıb. O, G-24 divizionunda bürünc, kata yarışında isə gümüş medal əldə edib.