son dəqiqə SON DƏQİQƏ
“Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib ● “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib ● Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüşüb ● Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ● Yunanıstan Almaniyanı, Portuqaliya Norveçi məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● Bəhanəni asan tapan Ayxan Abbasov futbolçu tapa bilmir! ●

“Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib

Bölmə adı Digər
Yayımlandı Bu gün, 19:43

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması baş tutub.

Sport1.az xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək yarışın püşkatmasında iştirakçı ölkələrin məşqçi heyətləri və hakimlər iştirak ediblər. Nəticədə idmançıların çıxış ardıcıllığı və yarışacaqları məsafələr müəyyənləşib.

Turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında təşkil olunacaq. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar keçiriləcək.

Sentyabrın 30-u və oktyabrın 1-də isə mübarizə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Bu günlərdə bütün növlər və məsafələr üzrə yarışlar təşkil olunacaq.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan olmaqla, ümumilikdə 12 ölkədən 100-dən çox gənc avarçəkən iştirak edəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR