"Gəncə"nin direktoru Elnur Cəfərov aşağı yaş qruplarından ibarət komandaların məşqçiləri və oyunçuları ilə görüş keçirib.
Sport1.az xəbər verir ki, klub rəsmisi qarşıya qoyulan strategiyaya uyğun olaraq məşqçilərin "qələbə" yox, "inkişaf" yönümlü yanaşmaya üstünlük verdikləri vurğulanıb.
Görüşdə həmçinin ötən mövsümün nəticələrinə nəzər salınıb, məşqçilərin hesabatları dinlənilib. Növbəti yarışlar üçün qarşıya qoyulan hədəflərdən danışılıb.