Azərbaycan boksçuları Çində keçirilən böyüklər və gənclər (U-19) arasında beynəlxalq "Kəmər və Yol" turnirində 10 medal qazanıblar.
Sport1.az xəbər verir ki, Dünya Çempionatına hazırlaşan U-19 yığmasının heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar.
Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.
Əsas komandamızın heyətində isə Tural Sarıyevlə (55 kq) Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) üçüncü yeri tutublar.
Boksçularımız Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.