Bu gün Qarabağ Dirçəliş Fondu ilə "Turan Tovuz" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sport1.az xəbər verir ki, memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb.
Sənədə əsasən, oktyabrın 3-də Bakıda "Turan Tovuz"la Türkiyənin "Fənərbağça" klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.