son dəqiqə SON DƏQİQƏ
Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● II Liqada 5-ci tur 4 qarşılaşma ilə start götürür ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ● Yunanıstan Almaniyanı, Portuqaliya Norveçi məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● Bəhanəni asan tapan Ayxan Abbasov futbolçu tapa bilmir! ● Çimərlik güləşində tarixi uğur ● "Mənim üçün ən vacibi futbolçuların bütün çatışmazlıqlarını görmək idi" ● Azərbaycan millisinin Litva seçməsi ilə bərabərliyinin ● "Uduzmamaq da önəmlidir" ● "Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi" ● "Qəbələ" I Liqa klubu ilə heç-heçə etdi ● "Araz-Naxçıvan" "İmişli"yə uduzdu ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə heç-heçə edib ●

Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq

Bölmə adı Voleybol
Yayımlandı Bu gün, 13:06

Qadınlar voleybolçulardan ibarət "Turan" klubu Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununda azarkeşlər üçün xüsusi təşəbbüs həyata keçirəcək.

Sport1.az xəbər verir ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın "Mladost-Zaqreb" klubu ilə baş tutacaq görüşün biletləri azarkeşlərə pulsuz təqdim ediləcək.

Voleybol həvəskarları oktyabrın 10-dan etibarən biletləri Tovuz Olimpiya İdman Kompleksindən ödənişsiz əldə edə biləcəklər.

Qarşılaşma üçün ümumilikdə 1500 bilet hazırlanır.

Tovuzda keçiriləcək idman bayramına marağın böyük olacağını nəzərə alan klub rəhbərliyi arenaya sığmayan azarkeşlərin də oyunu canlı izləməsi üçün kompleksin həyətində böyük monitor quraşdıracaq.

Bununla yanaşı, qarşılaşma başlamazdan əvvəl azarkeşlər üçün geniş konsert proqramı təşkil olunacaq. Tədbirlə bağlı əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR