17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsinin ilk oyununda darmadağın edilib.
Sport1.az xəbər verir ki, yığmamız Albaniyada İrlandiyaya 0:16 hesabı ilə məğlub edilib.
Azərbaycanın U-17 millisi növbəti matçlarını oktyabrın 1-də Kosova, 3 gün sonra isə Albaniya yığmasına qarşı keçirəcək.