son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Azərbaycan futbolu kimi xaraba günə qalan Zabrat stadionu - YAZI

Bölmə adı Futbol Ədəbiyyatı / Yazı
Yayımlandı 21-03-2025, 13:00

Yaşadığım Zabratda yaxşı futbol ənənələri və stadionu var idi.

Demək olar ki, bütün qəsəbə o arenada futbol oynayırdı. Bir neçə yaxşı futbolçu məhz o stadiondan çıxmışdı. Zabratda yaşayan hamı kimi mən də futbol oynayırdım və gələcəyə dair ümidlərim, planlarım var idi. Sonra olanları isə Azərbaycandakı yüzlərlə, minlərlə gənc yaşayıb.

Məni Azərbaycanda futboldan illər öncə Fuad Musayev və Lipa İslam Kərimov iyrəndirmişdi (hər iki şəxsi hamı tanıyır). O Fuad Musayev ki, AFFA prezidenti olaraq "Şəfa"nın çempion olması üçün "Xəzər Universiteti"nin haqqını yedi. Azərbaycan futboluna böyük zərbə vurdu. O Lipa İslam ki, mənim haqqım olduğu halda pul alıb, yerimə başqasını oynatdı.

Sonralar "Xəzər Universiteti" "İnter" adlandı. Doğuşundan, böyüməsinə kimi Zabratda olan bu klub, məşqlərini, oyunlarını məhz burada keçirirdi. Yağış yağıb, stadionu su basanda bütün qəsəbə sakinləri vedrə ilə suyu təmizləyirdi ki, klubumuz oynasın. O Zabratda ki, Eldarın və digərlərinin sayəsində "İnter"in fan-klubu yarandı. Üzvlərinin hamısı qəsəbə uşaqları idi. O Zabratda ki, kapitanı doğulub, məşq edib, futbolçu olmuşdu. O Zabratda ki, "İnter" "Şəfa" stadionuna köçəndən sonra belə qəsəbənin uşaqları avtobuslarla ölkənin istənilən yerinə dəstəyə getdi. Amma "İnter"in adı dəyişərək "Keşlə" oldu. Daha sonra isə "Şamaxı"ya çevrildi. Ayrı seçkilik salmıram. Bəs, bizim - zabratlıların əziyyəti, haqqı necə oldu? Niyə klubun adı yarandığı yer olan "Zabrat" olmadı? Niyə "Keşlə"? Niyə "Şamaxı"? Olmazdı ki, komanda Zabratda qalardı? "Keşlə" və "Şamaxı" adda başqa klub yaratmaq belə çətin idi? Zabratlı və futbolçu olaraq həmin günlər yenidən Azərbaycan futbolundan iyrəndim. Haqqımızı halal etmirik!


Hə, bu arada Zabratdakı stadion artıq kimsə tərəfindən özəlləşdirilib və hasarlanıb. Artıq futbolun üzünə bağlıdır. Azərbaycan futbolu kimi Zabrat stadionu da xaraba günə qalıb.

Azərbaycan futbolu kimi xaraba günə qalan Zabrat stadionu


RAUF QƏRİB ALAGÖZ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR