son dəqiqə SON DƏQİQƏ
“Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib ● “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib ● Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüşüb ● Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ● Yunanıstan Almaniyanı, Portuqaliya Norveçi məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● Bəhanəni asan tapan Ayxan Abbasov futbolçu tapa bilmir! ●

"Şkendiya" azərbaycanlı azarkeşlərə nə qədər yer ayırıb?

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 1-08-2025, 17:29

"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Şkendiya" (Şimali Makedoniya) ilə keçiriləcək oyunla bağlı azarkeşlərinə müraciət edib.

Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, oyunu “National Arena Todor Proeski" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "North-West Block 26" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 5 avrodur. Azarkeşlər üçün "National Arena Todor Proeski" stadionunda 1000 yer ayrılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassaların matçın start fitindən 2 saat öncə açılacağı bildirilib.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu avqustun 5-i keçiriləcək və saat 22:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR