SON DƏQİQƏ
Alman futbolçunun MLS karyerası başlaya bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda "Leypsiq"lə müqaviləsi başa çatacaq Vernerə "Nyu York Red Bullz" maraq göstərir. 29 yaşlı sol vingerin transfer dəyəri 7 milyon avrodur.
Qeyd edək ki, o, ötən mövsümü "Tottenxem"də icarədə keçirib və 27 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.