son dəqiqə SON DƏQİQƏ
“Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib ● “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib ● Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüşüb ● Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ● Yunanıstan Almaniyanı, Portuqaliya Norveçi məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● Bəhanəni asan tapan Ayxan Abbasov futbolçu tapa bilmir! ●

Bu sual Ceyhun Sultanovu düşündürür - AÇIQLAMA

Bölmə adı Dünya Çempionatı / Manşet
Yayımlandı 30-07-2025, 13:38

Azərbaycan ilə Özbəkistan 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında Dünya Çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər. Amma hələlik dövlətlərə müsbət cavab verilməyib. Bu yarışının ölkəmizə hansı faydaları olacaq? Turnir Azərbaycanda futbolun inkişafına necə təsir göstərə bilər?

Suallarımızı Ceyhun Sultanova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Tək 20 yaşlı futbolçuların Dünya Çempionatı deyil, bütün növ idman və qeyri-idman tədbirlərinin Azərbaycanda keçirilməsi xoş və inkişafdır. Bu ölkəmiz üçün piardır. Mənim üçün başlıca sual odur ki, dövlətimizə faydalı olacaq belə turnir keçiriləcəyi təqdirdə, gənclər seçməmiz necə çıxış edəcək? Yəni, olimpiya yığmamız ev sahibi ölkəni layiqincə təmsil edə biləcəkmi? İstənilən halda turnirin futbolun Azərbaycanda populyarlaşması üçün daha faydalı olacağı qənaətindəyəm”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR