son dəqiqə SON DƏQİQƏ
Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək İtaliya millisində 2-ci Roberto Mancini dönəmi başladı "Məsuliyyətim daha da artdı" Azərbaycan klubu məşqçisi ilə bağlı yekun qərarını açıqladı "Sabah" bu futbolçunu 3 milyona satdı Millimiz Portuqaliyanı məğlub etdi "Bütün futbol ictimaiyyəti "Sabah"a inanır" "İmişli"nin akademiyasında AFFA tərəfindən təlim keçirildi Premyer Liqa klubu ev oyunlarını Qəbələdə keçirəcək Türkiyə klubunun Yankoviç israrı "Beşiktaş" Məhəmməd Salahın transferi ilə bağlı açıqlama yaydı "Qarabağ" yeni müqavilə bağladı "İmişli" "Karvan-Yevlax"la üz-üzə DÇ-2026-da məşhurlaşan qapıçı yeni klubunda qadağa ilə üzləşdi Vinisius Junior "Real"ın heyətində məşqlərə çıxmayacaq - "Top-5" liqalarda yay "transfer pəncərəsi" nə zaman yekunlaşacaq? Zidan millinin baş məşqçisi oldu "Qarabağ"ın avrokuboklarda ən çox qol vuran futbolçularının sıralaması AFFA daha bir vebinar təşkil etdi Çiçarito okeanın o tayına gedir "Qalatasaray" yenə məğlub oldu DÇ-2026-nın ən yaxşı qolu - UEFA Konfrans Liqası: İkinci raundun cavab qarşılaşmalarına start verilir Günün oyunları: "Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşdi Bu gün UEFA Çempionlar Liqasında cavab oyunları başlayır Dünya Çempionatında 2-ci gün: Daha 5 idmançımız tatamiyə çıxır Azərbaycan çempionu cavab oyununa çıxır

AFFA "Turan Tovuz"dan fakt istəyir - BƏYANAT

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 23-02-2025, 17:21

Misli Premyer Liqasının 24-cü turunun "Şamaxı" - "Turan Tovuz" matçından öncə qonaqlar rəsmi hesablar vasitəsi ilə bəyanat yaymışdı.

Sport1.az xəbər verir ki, Qərb təmsilçisi görüşdən qabaq hakim idarəçiliyinin şübhəli olacağını iddia etmişdi.

Məsələ ilə bağlı AFFA yeni bəyanat yaydı:

"Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların keçiriləcəyi stadionlarda müəyyən çətinliklər yaranıb. Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” oyununun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadion qardan təmizlənib və oyuna hazır vəziyyətə gətirilib. Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır.

“Turan Tovuz”un “Şamaxı” ilə oyundan əvvəlki bəyanatı AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz”un bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır və müvafiq tədbirlər görüləcəkdir.

Müəllif: Sport1.az