son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

İndi futbol başqa "oyunlar" üçün oynadılır - KÖŞƏ

Bölmə adı Futbol Ədəbiyyatı / Yazı
Yayımlandı 6-03-2025, 09:34

Özümü tanıyandan içimdə futbol sevgisi var.

Lap balacalığımdan ən sevdiyim oyuncaq da top olub. Məhəllə futbollarından tutmuş məktəbin idman dərslərinə, universitetin yarışlarından tutmuş jurnalistlər arasında keçirilən həvəskar çempionatlara kimi hər məqamda top dalınca qaçmağa fürsət axtarmışam. Yolda qabağıma çıxan “butulka”lara futbol topu kimi zərbə endirmək vərdişimi də təzə-təzə tərgitmişəm.

Son vaxtlar çox gec-gec oynayıram, fürsət olmur, məqam yaranmır, amma yenə qabağıma bir top atsalar, eyni istək və arzuyla zərbə vuraram.

Düzdür, son illər futbolun dadı-duzu da çox azalıb, baxdığım oyunlardan əvvəlki zövqü ala bilmirəm, elə bil, futbolçular da əvvəlki kimi oynamırlar...

Kimsə buna etiraz edə bilər, çünki indiki futbolçular daha texnikalı, daha peşəkar sayılır, bəlkə də, elədir, amma yenə də əvvəlki kimi deyil. Futbol oyununun içinə qumarından tutmuş iqtisadiyyata, siyasətə kimi başqa oyunlar da girib. İndi futbol daha çox başqa “oyunlar” üçün oynadılır. Belə olanda, meydandakı futbolçular da döyüşçüdən çox aktyora çevrilir. Olsun... Biz yenə də bu oyunu sevirik.

Məni tanıyanlar bilir, qatı “Fənərbağça” azarkeşiyəm. Laaaap uşaqlığımdan. Aleks de Souzanın vaxtından. Hətta feysbuka ilk dəfə girəndə adım da belə idi: “Ulucay de Souza”. Yazıçı olduğumu başa düşəndən sonra təxəllüsümü dəyişdim, oldum Ulucay Akif.

Yadıma düşür, o illərdə, o uşaq yaşlarımda evdə “Fənərbağça”nın oyunlarına baxmaq imkanım olmurdu, çünki televiziyada “Lig Tv”ni göstərmirdilər. Amma TRT-də ekranın sağ üst hissəsində oyunun hesabını yazırdılar. Komandamın oyununu o xırda hərf və rəqəmlərə baxıb izləyirdim və “Fənərbağça”nın qısaldılmış adının – “FB” – qarşısındakı rəqəm dəyişəndə dəli kimi sevinirdim, elə sevinirdim, elə bil, qolu öz gözlərimlə görmüşəm, zərbənin necə vurulduğunu, topun qapıya necə daxil olduğunu öz-özümə təsəvvür edirdim, otaqda o baş-bu başa qaça-qaça sevinirdim. Axşam da TRT-də gedən idman verilişlərində oyunun icmalına baxırdım. Öz kanallarımızdakı xəbərlərin idman buraxılışlarını dörd gözlə gözləyirdim, “Fənərbağça”nın oyunun icmalını verməsələr, kanalı da, diktoru da söyüb kanalı dəyişirdim.

İndi həmin illəri çox nostaljik xatırlayıram. Elə bilirəm, ömrümün ən gözəl illəri idi o illər. Hər dəfə pul yığıb “Fənərbağça”nın təzə formasını alırdım. Evdəki formaların sayını itirmişəm.

Və fərqindəyəm ki, on ildir çempion olmayan komandamı həminki kimi sevirəm, bir zərrə də itirməmişəm məhəbbətimdən. Çünki biz komandamızı kubok, çempionluq, uğur müqabilində sevmirik. Niyə sevdiyimizi soruşsanız, cavab verə bilməyəcəyik, cavabımız var, o cavab içimizdədir, amma izah edə bilmirik. Necə ki heç birimiz bir qadını sadəcə və sadəcə gözəl gözləri, ya da gözəl gülüşü üçün sevmirik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR