son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Ehtiram Quliyev, sən peyğəmbər deyilsən!

Bölmə adı Yazı / Manşet
Yayımlandı 5-03-2025, 15:56

Rəvayətə görə, Məhəmməd peyğəmbər özünü Allahın elçisi elan edəndən sonra bir xanımla problem yaşayır.

Yaşlı bir qadın evinin eyvanın qarşısından keçən seçilmiş şəxsin başına hər gün zibil atır. Bu hal mütəmadi olaraq davam edir. Bir gün yaşlı qadın peyğəmbərin başına zibil atmır. Bu, Allahın elçisinə qəribə gəlir. Dərhal yaşlı qadının qapısının önünü kəsir. Qarı peyğəmbəri görəndə özünü itirir, məyus halda soruşur ki, burada nə gəzirsən?

Peyğəmbər cavabında deyir: "Hər gün başına zibil atırdın. Bu gün hadisə baş tutmadı. Narahat oldum. Bəlkə köməyə ehtiyacın olar deyə düşündüm. Hər şey qaydasındadır?"

Allahın elçisinin bu sözlərindən sonra yaşlı qadının gözləri dolur. Ağlayaraq peyğəmbərin əlindən öpmək istəyir. Qarı nənə deyir: "Mən hər gün sənə pislik edirdim. Başına zibil tökürdüm. Sən buna görə mənə nifrət etmədin. Hətta halımın necə olması ilə maraqlandın. Səni bizə göndərən Allaha qurban olum. Mən də sənin dininə sitayiş etmək istəyirəm".

Bunu yas mərasimdəki mollalardan biri nəql etmişdi. Hadisə zamanı dəqiq nələr baş verib, hansı sözlərdən istifadə olunub bilmirəm. Bildiyim bir şey var ki, haşa "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev peyğəmbər deyil. Nə əlaqə? Gəlin, izah edim.

Bu mövsüm hakimlikdən ən çox şikayət edən klub "Turan Tovuz"dur. Allah var, etirazlarının çoxu haqlı olub. Premyer Liqanın 24-cü turunda "Şamaxı" - "Turan Tovuz" matçında VAR və canlı yayım yox idi. Qərb təmsilçisi də oyunun idarəçiliyi ilə bağlı şübhələri olduğunu bildirən bəyanat yaydı. Buna görə də, AFFA "boz qurd"u nə az, nə çox 20 min manat cərimələdi...

Ehtiram Quliyev dünən "Zirə" ilə oyunda sonra jurnalistlərə müsahibəsində məsələ ilə bağlı açıqlama verdi. Dedi ki, qərarla razılaşmırıq, amma şikayətçi olmayacağıq, münasibətlərimiz yaxşıdır.

Hörmətli Ehtiram bəy, sizə qarşı ədalətsizlik edilib. AFFA-nın İntizam Komitəsinin qərarının hüquqi əsası yoxdur. Bu qədər səxavətli olmağa gərək yoxdur. 20 min manat da az məbləğ deyil. Nəyə görə, haqlı ola-ola bu pulu AFFA-ya ödəməlisiniz? Haqlı mübarizənizi aparmalısınız. Qərarın ədalətsiz olduğunu bütün ölkə bilir. Buna etiraz etsəydiniz, AFFA-nın özünün cəzalanmasına səbəb ola bilərdiniz. Amma etmədiniz. Ədalətsizliyə göz yummağın özü də ədalətsizlikdir. Ya da belə deyim. Siz peyğəmbər deyilsiniz ki, pisliyə yaxşılıqla cavab verəsiniz...

İLKİN SULTANLI

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR