son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

İki güləşçimiz yarımfinalda

Bölmə adı Güləş
Yayımlandı 13-03-2025, 18:43

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa Çempionatı davam edir.

Sport1.az xəbər verir ki, yarışın 6-cı günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilib, digər kateqoriyalarda təsəlliverici qarşılaşmalar baş tutub.

Azərbaycan millisinin yarışa başlayan 5 güləşçisindən ikisi yarımfinala yüksəlib. Xasay Həsənli isə bürünc uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Yunan-Roma güləşi
60 kq
Hüseyn Qəribov 1/8 finalda türkiyəli Mert İlbarsa 4:6 hesabııyla məğlub olub.

67 kq
Fərid Xəlilov almaniyalı Yanis Hainzelbekkeri (6:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Daniyal Ağayevə (UWW) 1:5 hesabıyla məğlub olub.

72 kq
Ruslan Nurullayev bolqarıstanlı Dimitar Georgiyevə tam üstünlüklə (10:1), litvalı Rokas Çepauskasa isə 3:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ukraynalı Oleq Xəlilovla qarşılaşacaq.

77 kq
Xasay Həsənli təsəlliverici görüşdə bolqarıstanlı Albert Doyevə 7:3 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, üçüncü yer uğrunda çexiyalı Mixal Zelenkayla güləşəcək.

82 kq
Elmin Əliyev macarıstanlı Dominik Botosa 5:2, isveçli Aleksander Yohanssona isə 6:5 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, finala vəsiqə üçün moldovalı Aleksandru Soloveylə qarşılaşacaq.

97 kq
Aqil Musayev 1/8 finalda ermənistanlı Harutyun Kirakosyana "tuş"la məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:45-də, medal görüşləri isə 21:00-da başlayacaq.

Müəllif: Sport1.az