son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

İşıq

Bölmə adı Yazı
Yayımlandı 3-03-2025, 09:00

“Qaranlıq olmasaydı, işığın qədrini kim bilərdi?”

Bu aforizmin müəllifi yoxdur, lakin dərin mənası var. Bəlkə də kəlamın sahibi vaxtında dəyərli biri olub. Lakin unudulub. Amma sözləri tarixin sirrli səhifələrinə həkk olunub.

İnsan övladı unutqandır. Hər şeyi tez yaddan çıxardırıq. Ya da ki, həyatdakı çətinliklər bizi unutmağa məcbur edir. Həmişə öz yaddaşıma güvənmişəm. Amma yaş keçdikcə keçmişə dair çox şeyi unutduğumun fərqinə varıram. Fəqət, işimlə bağlı bütün xatirələr hafizəmdədir.

13 ildir ki, idman jurnalistikasındayam. Az müddət deyil. Çox keşməkeşli karyeram olub. Hətta bezərək başqa sahədə də özümü sınadım. Amma futbola, idman jurnalistikasına olan sevgim məni yenidən bura qayıtmağıma səbəb oldu.

Son 5 ili reportyor, muxbir, hətta redaktor olaraq karyeramın zirvəsi adlandıra bilərəm. “Futbol+” qəzetində əla kollektivdə jurnalist kimi yenidən formalaşdım. “Offside”da idarəçiliyin sirrlərini öyrəndim. Amma uzaqda görsənən bir işıq məni yeni macəraya başlamağıma səbəb oldu.

İdman saytı yaratmaq çoxdankı arzum idi. Bu gün mənim rəhbərliyimdə Sport1.az rəsmi olaraq fəaliyyətə başlayır. Təbii ki, bu saytla bağlı planlarım, istəklərim çoxdur. Əsas 3 məqsədim var: yaxşı kollektiv formalaşdırmaq, dəqiq/keyfiyyətli məlumatları dərc etmək və qərəzsiz olmaq. Məni yaxından tanıyanlar bilirlər ki, sonuncu qeyd-şərtsiz olacaq. Birinci və ikincini isə zamanla qaydasına qoyacağıq.

Bəli, yeni dövrə qədər qoyuruq. Ölkə idmanının bir çox sahələrində dəyişiklər olacaq. Baş verən/verəcək proseslər inkişafın çarçısıdır. İdmanın şahı olan futboldakı gedişatlar xoş düşüncələrə qərq olmağımıza şərait yaradır. Qaranlıq keçmişi unutmayaraq, işıqlı gələcəyə köklənməliyik. Hər şey çox gözəl olacaq deyə bilmərik. Problemlər, səhvlər, çatışmazlıqlar da olacaq. Bunları da Sport1.az olaraq diqqətinizə çatdıracağıq.

Ədalətli olmağı, qərəzsiz mövqeyi əlimizdə işıq tutaraq fəaliyyətə başlayırıq…

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR