son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

"Real"ın istədiyi yarımmüdafiəçi

Bölmə adı Futbol / İspaniya
Yayımlandı 23-06-2026, 13:03

İspaniya nəhəngi "Real" İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Aleksis Mak Allisteri heyətinə qatmağı planlaşdırır. 


Sport1.az xəbər verir ki, bu barədə "El Nacional" qəzeti məlumat yayıb.


Madrid təmsilçisi artıq transfer çalışmalarına başlayıb.


Bildirilir ki, "Real"ın baş məşqçisi Joze Mourinyo argentinalı futbolçunu ideal yarımmüdafiəçi kimi görür. Portuqaliyalı mütəxəssis Mak Allisterin vaxtilə Toni Kroosun komandada yerinə yetirdiyi rolu tam öhdələnə biləcək gücdə olduğunu hesab edir.


"Real" rəsmilərinin potensial transfer şərtlərini müzakirə etmək üçün yaxın vaxtlarda "Liverpul" rəhbərliyi ilə əlaqə saxlayacağı gözlənilir. Madridlilər həmçinin oyunçunun İspaniyaya köçməyə maraqlı olub-olmadığını öyrənməyə çalışırlar. Mourinyo heyəti uzun adaptasiya dövrünə ehtiyac duymadan komandanın liderinə çevrilə biləcək təcrübəli bir yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.


Qeyd edək ki, ötən mövsüm 27 yaşlı Mak Allister bütün turnirlərdə meydana çıxdığı 55 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yaddan qalıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR