son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

"Mançester Siti" tarixinin ən bahalı transferi

Bölmə adı Futbol / İngiltərə
Yayımlandı 23-06-2026, 16:06

İngiltərənin "Mançester Siti" klubu "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonun transferi üzərində işləməyə davam edir.


Sport1.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira məlumat yayıb. Mançester təmsilçisi bu keçidi bitirməkdə israrlıdır.


"Şəhərlilər" müqaviləni yaxın vaxtlarda rəsmiləşdirmək ümidi ilə 135-140 milyon avro dəyərində yeni bir təklif hazırlayır. Mançester klubu daha əvvəl 23 yaşlı yarımmüdafiəçi üçün bonuslar da daxil olmaqla 106 milyon funt-sterlinq təklif etmişdi.


"Mançester Siti"nin Andersonla 2031-ci ilin yayına qədər qüvvədə olacaq şəxsi müqavilə şərtlərini artıq razılaşdırdığı bildirilir. Futbolçunun özü də bu transferdə maraqlıdır və ən qısa zamanda yeni komandasına qoşulmağa ümid edir.


Qeyd edək ki, arxada qalan mövsümdə Anderson bütün turnirlərdə ümumilikdə 50 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR