son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

“Kobud səhvlər buraxdıq” - Millimizin üzvü

Bölmə adı Futbol
Yayımlandı 12-03-2025, 11:29

“Yaxşı hazırlaşmışdıq, qələbə qazanmaq istəyirdik”.

Sport1.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov deyib.

O, AÇ-2026-nın əsas mərhələsinin Yunanıstanla qarşılaşması barədə fikirlərini azfutzal.az-a açıqlayıb:

“Düzdür, start yaxşı alınmadı, erkən qol buraxdıq. Ancaq sonra oyuna nəzarət tamamilə komandamızda idi. Hətta görüşün statistikasına baxsaq, rəqibin qapımıza 4 zərbə endirdiyini görərik. Bu göstərici hansı üstünlüyə sahib olduğumuza işarədir. Komanda olaraq yaxşı oynadıq, təəssüf ki, kobud səhvlər buraxdıq. Rəqib demək olar, hər səhvdən faydalandı. Biz isə çoxsaylı qol epizodlarını məntiqi sonluğa çatdıra bilmədik”.

Mikayılov məğlubiyyəti üzücü hesab edir:

“Razıyam, tarixdə nəticə qalır, matç başa çatdıqdan sonra azarkeş tablodakı hesaba baxır. Üç xalı da həmin qələbə sayəsində aktivinə yazdırırsan. Yəni biri var, pis oynayıb uduzursan, bu qanunauyğunluqdur, insanı yandırmır. Biz isə yaxşı oynadıq, hətta bu komandaya qarşı Bakıdakı duellə müqayisədə üstün oyun nümayiş etdirdik. Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız yekunlaşdırdıq”.

Futzalçı pley-off şansının itirlməsinə də üzüldüyünü gizlətməyib:

“Qarşıda iki oyunumuz var, amma pley-offa yüksəlmək şansımız qalmayıb. İndi reytinq xalları toplamaq üçün mütləq qələbə qazanmalıyıq. Heyətimizdə gənclər var, bu cür oyunlarda “bişirlər”.[b][/b]

Qeyd edək ki, yığmamız Afinadakı qarşılaşmada 2:3 hesabı ilə uduzub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR