son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Norveçdən ikinci qələbə

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 23-06-2026, 09:10

Norveç millisi futbol üzrə dünya çempionatının I qrupunda ikinci tur oyununda Seneqalı 3:2 hesabı ilə məğlub edərək vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.


Sport1.az xəbər verir ki, Norveçin qollarını Markus Pedersen və Erlinq Holann vurublar. Holann 48-ci və 58-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb. Seneqalın heyətində isə İsmaila Sarr 53-cü və 90+3-cü dəqiqələrdə qollar müəllifi olub.


Bu nəticədən sonra Erlinq Holann mundialda vurduğu qolların sayını 4-ə çatdırıb. O, bu göstəricidə Fransa millisinin hücumçusu Kilian Mbappe ilə eyni nəticəyə malikdir. Turnirin bombardirləri siyahısına isə 5 qolla Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.


Norveç millisi sonuncu dəfə 1998-ci ildə dünya çempionatının pley-off mərhələsinə yüksəlmişdi. Həmin mundialda komanda qrup mərhələsini bir qələbə və iki heç-heçə ilə başa vurmuş, 1/8 finalda İtaliyaya 0:1 hesabı ilə uduzmuşdu.


İki turdan sonra I qrupda Fransa və Norveç millilərinin hərəsinin 6 xalı var. Seneqal və İraq isə hələ də xal qazana bilməyiblər.


Qrup mərhələsinin son turunda Norveç Fransa ilə, Seneqal isə İraqla qarşılaşacaq. Hər iki oyun iyunun 26-da keçiriləcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR