son dəqiqə SON DƏQİQƏ
Henrik Oyamaa: “Çox maraqlı və həyəcanlı oyun olacaq” Dünya Çempionatında daha 3 medal Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat Neymar karyerasını başa vurdu Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə imzaladığını açıqladı

Azərbaycan liqalarında istifadə olunacaq toplar

Bölmə adı Azərbaycan / Premyer Liqa / I Liqa / II Liqa / Manşet
Yayımlandı 13-03-2025, 17:37

2025/2026 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.


Sport1.az xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Conext25 PRO” toplarından yararlanacaqlar.

Ən yüksək səviyyəli oyunlar üçün nəzərdə tutulmuş, FIFA tərəfindən rəsmi olaraq təsdiqlənmiş “Conext25 Pro” xüsusi hazırlanmış, keyfiyyətli polietilen materialından istehsal edilmişdir. Bu, topun dayanıqlığını və müxtəlif hava şəraitində istifadəsini təmin edir. Topun səthi mükəmməl hava axını və yüksək sürət təmin edən xüsusi qatlara malikdir. Daxili hazırlanma texnologiyası topun təzyiqini yaxşı saxlamağa hesablanıb.

Top unikal və parlaq rəngləri ilə seçilir. “Conext25 PRO”nun rəngi onun meydançada vizual olaraq görünməsini asanlaşdırır.

Top hazırlanarkən onun təhlükəsizliyinə və möhkəmliyinə xüsusi önəm verilmişdir.

Ötən il Premyer Liqada istifadə edilən, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe” gələn mövsüm I Liqa klublarının ixtiyarında olacaq.

Alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verən “Fussballiebe”-nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşıl və narıncı rənglər təsvir edilib. Həmçinin Almaniyada baş tutmuş yarışda matçların keçirildiyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.

Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdir.

Üst təbəqə sabit və ikiqatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir “CTR-CORE” ilə dəstəklənir.
Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilmiş və sınaqdan keçirilmişdir.

II Liqa komandalarının üzvləri “Adidas Tiro Pro”-nu “qovacaqlar”. Onlara bu toplar hədiyyə ediləcək.

“Adidas Tiro Pro” futbol topu ən yüksək FIFA reytinqli, ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.

Müəllif: Sport1.az